ADU-da "Diplomatik tərcümə və şifahi tərcümədə protokol qaydaları" haqqında seminar keçirilib
16 may, 2019

Mayın 16 - da Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzi tərcümə sahəsində nəzərdə tutulan silsilə təlimlər çərçivəsində növbəti "Diplomatik tərcümə və şifahi tərcümədə protokol qaydaları" haqqında seminar keçirib. Seminarı ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən filologiya elmləri namizədi, fövqəladə və səlahiyyətli səfir Tofiq Abdullayev və ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktoru Fialə Abdullayeva aparıb.







