XƏBƏRLƏR

ADU tələbələri "Miqrantlara yardım" layihəsi keçiriblər

16 may, 2019

Azərbaycan Dillər Universitetinin Qızıl Aypara Cəmiyyətində istehsalat təcrübəsi keçən Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının tələbələri Məmmədova Müşəfərim və Rzayev Fuad "Miqrantlara yardım" layihəsi həyata keçiriblər. Təcrübə rəhbəri Beynəlxalq münasibətlər kafedrasının müəllimi Lamiyə Qasımovanın təşkilatçılığı ilə həyata keçirilən layihə iki mərhələdən ibarət olub. Birinci mərhələ yardımların toplanmasından, ikinci mərhələ isə toplanmış ləvazimatların həmin ailələrə çatdırılması olub. Həmçinin tələbələr və təcrübə rəhbəri Lamiyə Qasımova əfqan uşaqlara keçirilən dərsdə iştirak edib.