XƏBƏRLƏR

Köçkün məktəbinin kollektivi ADU rektoruna təşəkkür məktubu göndərib

15 may, 2019

Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin direktoru Nazim Qafarov və hərbi rəhbər Şaiq Əhmədov Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullaya ADU və məktəb arasında həyata keçirilən əməkdaşlıq üçün təşəkkür məktubu ünvanlayıb. Məktubda qeyd olunub ki, universitet rektoru tərəfindən məcburi köçkün məktəbinə diqqət yetirilməsi kollektiv tərəfindən alqışlanır və onlarda ruh yüksəkliyi yaradır:

“Sizə minnətdarlığımızı bildirir və arzu edirik ki, Azərbaycan Dillər Universiteti ilə məktəbimiz arasında bu cür görüşlər Sizin iştirakınızla Kəlbəcər rayonunda keçirilsin”.