ADU-nun kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10 may, 2019
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya tarixinin azərbaycanlı dahisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində misilsiz xidmətlər göstərərək, ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, olum ya ölüm delemması qarşısında qalan dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi.
Mayın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) kollektivi Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Universitetin rəhbərliyi, eləcə də müəllim və tələbə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.