XƏBƏRLƏR

247 nömrəli məktəbdə “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib

10 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının metodisti Zeynəb Yusifova və pedaqoji təcrübə keçən 402b qrup tələbələrinin təşkilatçılığı ilə Nəsimi rayonu 247 nömrəli orta məktəbdə Şuşanın işğalına həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib.

Ssenarisi tələbə Kübra Rəsulzadə tərəfindən hazırlanan tədbirin ərsəyə gəlməsində digər tələbələr Sədəf Babayeva, Məleykə Məmmədova, Gülşən Rizvanova, Elvira Mehdizadə, Ayişə Hümbətova, Səadət Fətiyeva və Nailə İbadova yaxından iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Sonra bir dəqiqəlik sükutla torpaqlarımız uğrunda canını qurban verən şəhidlərimizin ruhu anılıb.

Daha sonra tarixə nəzər salınaraq Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın obrazı 6b sinif şagirdi Nəsib İsmayılov tərəfindən canlandırılıb.

Tədbirdə  "Vaqif" dramına da xüsusi yer ayrılıb. Şagirdlər Şuşaya aid şeirləri vətənpərvərlik hissi ilə səsləndiriblər.

Tədbirin sonunda  ssenarist və aparıcı Kübra Rəsulzadə gənc şair Elvin Əlizadənin “Bayraq” şeirini səsləndirib, məktəb şagirdləri üçrəngli bayrağı əsgər formasında səhnəyə gətiriblər.