XƏBƏRLƏR

295 nömrəli məktəbdə konfransın bölmə iclası keçirilib

10 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Mayın 7-də 295 nömrəli Nardaran kənd məktəbində konfransın bölmə iclası baş tutub. Bölmə iclasının moderatorları ADU-nun Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova, 295 nömrəli Nardaran kənd məktəbinin direktoru Dilarə Cəbrayılova,  məsul katibi məktəbin müəllimi Günay Babayeva iclası açıq elan edib.

Dosent Bənövşə Məmmədova "Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikultural dəyərlər sisteminin onun dil kimliyində istifadəsinə dair", Dilarə Cəbrayılova "Azərbaycan və multikulturalizm ideologiyası", ADU-nun müəllimi Diana Hüseynzadə "Heydər Əliyevin Azərbaycanda dini tolerantlığın yaranmasında rolu", məktəbin müəllimi Aysel Mustafayeva "Multikulturalizm - Azərbaycan və ABŞ arasında mədəniyyətlərarası dialoqun əsası kimi"  mövzularında çıxış ediblər.

Sonda məktəbin kollektivi belə mötəbər bir konfransın bölmə iclasının 295 nömrəli Nardaran kənd məktəbində keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.