ADU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyası (YAP), universitetin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbələrlə iş və tərbiyə şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən Tələbələrlə iş və tərbiyə şöbəsinin baş mütəxəssisi Gülnar Xəlilova Heydər Əliyevin Azərbaycan gəncliyinin həyatındakı müstəsna xidmətlərindən söz açıb: “Məhz ulu öndərin diqqət və qayğısı sayəsində vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurəti ortaya qoyuldu. Gənclərin dövlət hesabına xaricdə təhsil alması, onların dövlət idarəçiliyində iştirakı ön plana çəkildi”.
Sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqlarının (ATGTİ) baş katibi Ramin Həbibzadə Heydər Əliyevin gənclər siyasəti ilə bağlı həyata keçirdiyi tədbirlərdən, dövlətin gənclər siyasətinin həyata keçirilməsi üçün Gənclər və İdman Nazirliyinin yaradılmasından, onun təşəbbüsü ilə Azərbaycan gənclərinin I forumunun keçirilməsindən və gənclərə tövsiyələrindən söz açıb.
Daha sonra çıxış edən ADU YAP və ADU TGT-nin fəalları Nərgiz Qurbanova, Həsən Allahverdiyev, Bədiyə Sadıqova, Elmira Nəsirova, Samirə Əbişzadə, Güllü Səfərova ulu öndərin Azərbaycan gəncliyi qarşısındakı tarixi xidmətlərindən söz açıblar.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.