XƏBƏRLƏR

Ağdam məktəbində konfransla bağlı bölmə iclası baş tutub

08 may, 2019

Mayın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Konfrans başa çatdıqdan sonra mayın 7-də Bərdə rayonunda yerləşən Ağdam rayon 1 saylı köçkün tam orta məktəbində konfransla bağlı bölmə iclası baş tutub. Bölmə iclasının moderatorları ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov, Ağdam rayon 1 saylı köçkün tam orta məktəbinin direktoru Çimnaz Kərimova, məsul katibi Ağdam rayon 1 saylı köçkün tam orta məktəbinin müəllimi Vüsalə İmamverdiyeva iclası açıq elan edib.

Dosent Namiq Əsədov Azərbaycanın "Serbiya və Xorvatiya Respublikaları ilə əlaqələrinin iqtisadi və geosiyasi əhəmiyyəti", Çimnaz Kərimova "Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu", ADU-nun Xarici dillərin tədrisi metodikasının dosenti Akif Qasımov "Heydər Əliyevin Azərbaycan müəlliminə münasibəti", məktəbin müəllimləri Arzu Alışova "Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin rolu", Ülkər Səmədova "Heydər Əliyevin azərbaycançılıq ideologiyası" mövzusunda məruzə ilə çıxış ediblər.

ADU-nun Fransız dilinin qrammatikası və fonetikası kafedrasının müdiri dosent Ülfət İbrahimov, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya da çıxış edərək konfransın əhəmiyyətindən söz açıblar. Sonda məktəbin rəhbərliyi belə bir konfransın bölmə iclasının köçkün məktəbində keçirilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.