XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın bölmə iclasları keçirilib

07 may, 2019

Mayın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Konfrans başa çatdıqdan sonra ADU-da konfransla bağlı bölmə iclasları baş tutub. Serb dili və mədəniyyəti mərkəzində “Qloballaşma dünyada dinlərin və mədəniyyətlərin dialoqu” mövzusunda keçirilən bölmə iclasının moderatorları professor Məmməd Əliyev və dosent Emil Qasımov, məsul katibi Günay Feyziyeva iclası açıq elan edib.

Multikulturalizm ETL-də “Heydər Əliyevin Azərbaycançılıq ideologiyası və multukulturalizm” adlanan bölmə iclasının  moderatoru professor Gülnar Hüseynzadə və dosent Afət Musayeva, məsul katibi isə Əli Fərhadov olub.

Ulu öndər Heydər Əliyev lektoriyasında “Müasir Beynəlxalq münasibətlər və multikulturalizm” mövzusunda keçirilən bölmə iclasının moderatorları professor Aidə Yusifzadə və dosent İbrahim Kazımbəyli, məsul katibi Nailə Məmmədova mövzu ətrafında geniş müzakirələr aparıb, tələbələrin suallarını cavablandırıblar.

ADU-nun muzeyində “Multikultural  dəyərlərin formalaşmasında təhsilin rolu” mövzusunda təşkil olunan bölmə iclasının moderatorları professorlar Dilarə İsmayılova və Həbib Zərbəliyev, məsul katibləri Jalə Əsədova və Nərmin Mustafayeva mövzu ətrafında geniş müzakirə keçiriblər.

Bölmə iclasları konfrans materiallarının dərc olunması və tezislərin hazırlanması istiqamətində işlərin görülməsi ilə başa çatıb.