XƏBƏRLƏR

ADU-nun müəlliminin təşkilatçılığı ilə Nəsimiyə həsr olunan tədbir keçirilib

07 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU)  Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Səlimovanın təşkilatçılığı  ilə Essex VI və 403A qrupu Xətai rayonunda yerləşən 254 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə şagirdlər Nəsiminin şeirlərini həm Azərbaycan, həm ingilis dilində səsləndirib, mahnılar oxuyublar. Bununla yanaşı şairin həyatı və ölümünə dair səhnəciklər də nümayiş olunub.

Sonda məktəbin direktor müavini Aslan Musayev, təcrübə rəhbəri, pedaqoq və məktəb müəllimləri çıxış edib, tələbə və şagirdlərə öz təşəkkürlərini bildiriblər.

Tədbirdə ADU-nun Təhsil fakültəsinin dekan müavini Bədirə Kərimova, müəllimlər Arzu Bəxşəliyeva, Ceyhunə Dəmirova,254 saylı məktəbin rəhbərliyi və şagirdlər iştirak ediblər.