XƏBƏRLƏR

ADU-da “Humboldt ilə dünyanı kəşf et” mövzusunda seminar keçirilib

07 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Alman oxu zalında Tbilisi Höte İnstitutunun ekspert müəlliməsi Kristina Nefzger tərəfindən “Humboldt ilə dünyanı kəşf et” mövzusunda seminar keçirilib.

Şagirdlər üçün təşkil olunan seminar çərçivəsində Azərbaycanda olan bitkilər və heyvanlara, eyni zamanda ətraf mühitin qorunmasına dair müzakirələr aparılıb.

Şagirdlər ADU ilə yaxından tanış olub, Alman oxu zalından  yararlanıblar.