XƏBƏRLƏR

“Xəlil Rza Ulutürk, Məmməd Araz və Bəxtiyar Vahabzadənin poeziyasında vətənpərvərlik” nümunəvi dərsi keçirilib

06 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova Təhsil fakültəsində təhsil alan 221 A və B qrup tələbələrinə “Xəlil Rza Ulutürk, Məmməd Araz və Bəxtiyar Vahabzadənin poeziyasında vətənpərvərlik” mövzusunda nümunəvi dərs keçib.

Azərbaycan ədəbiyyatı fənnindən fəal təlim üsulları ilə keçirilən nümunəvi dərsdə Azərbaycan ədəbiyyatının istiqlal şairləri sırasında Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və Məmməd Arazın adlarının xüsusi qeyd edilməsinin vacibliyi vurğulanıb.

Dərs zamanı X.R.Ulutürk, M.Araz və B.Vahabzadə poeziyasında vətənpərvərlik mövzusunda yazılan şeirlər nümunələrlə verilib, akvarium üsulu ilə təhlil olunub.

Sonra ulu öndər Heydər Əliyevin şair Məmməd Arazla bağlı fikirləri səsləndirilib, videoçarx nümayiş olunub.

Tələbələr M.Araz, B.Vahabzadə və X.R.Ulutürkün yaradıcılığındakı Azərbaycan ideologiyasının bədii əksinə dair fikirlərini nümunələr əsasında səsləndiriliblər.