XƏBƏRLƏR

Filologiya və jurnalistika fakültəsinin tələbələri beynəlxalq konfransda iştirak ediblər

06 may, 2019

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Mustafayevanın tədris etdiyi “Müasir Türkiyə ədəbiyyatı” fənni çərçivəsində Filologiya və jurnalistika fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan 334-cü qrup tələbələri AMEA-da Yunus Emre İnstitutu, Türk İşbirliği və Koordinasiya Ajansı (TİKA) və EKO Avrasiyanın birgə təşkilatçılığı ilə “Akifdən Vahabzadəyə iki şair bir şeir istiqlal” mövzusunda təşkil olunan beynəlxalq konfransda iştirak ediblər.

Konfransda AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli  Azərbaycan və Türkiyə qardaşlığının tarixindən və bu günkü önəmindən bəhs edib.

Tədbirdə qonaq qismində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, professor Şirindil Alışanlı, dosent Cihan Özdəmir, “Sebillürreşad” jurnalının tanınmış yazarı Fatih Bayram, rəssam, yazıçı və şair, siyasətçi Rəcəb Qarib, professor Əlizadə Əsgərli, İsmail Kaşdəmir, EKO Avrasiya rəhbəri Hikmət Ərən, Əbdülrəhim Diripak, Məhməd Akif Ərsoyun nəvəsi Səlma Ərsoy iştirak ediblər.

AK Parti İstanbul Millət vəkili Şamil Ayrım isə çıxış edərək Azərbaycanın multikultural dəyərləri, Qarabağ məsələləri, Azərbaycanın yaşadığı faciələri tədbir iştirakçıları ilə birlikdə müzakirə edib. Tədbir Bəxtiyar Vahabzadə və Məhmət Akif Ərsoy yaradıcılıqlarındakı paralellərlə bağlı məruzələrlə davam edib.