ADU-da “Heydər Əliyev ritorikası yüksək natiqlik nümunəsi kimi” və “Heydər Əliyev və dil siyasəti” mövzüsunda tədbir keçirilib

Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev ritorikası yüksək natiqlik nümunəsi kimi” və “Heydər Əliyev və dil siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbir Filologiya və jurnalistika fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası və Ümumi dilçilik kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Aytən Hacıyeva ümummilli liderin natiqlik məharətindən danışaraq, onun Azərbaycan dilinə olan münasibətindən, nitqinin gözəlliyindən, Azərbaycan ritorika sənətinə verdiyi töhfələrdən bəhs edib.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti”, Elmi tədqiqatlar və nəşrlər şöbəsinin müdiri professor Həbib Zərbəliyev “Heydər Əliyev irsi və onun İndoneziya dilinə tərcüməsi məsələləri”, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosentləri Vahid Ərəbov “Heydər Əliyev nitqinin başlanğıc və sonluqları”, Aysel Məmmədbəyli “Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu”, kafedranın baş müəllimləri Nüşabə Əbdülrəhimova “Heydər Aliyev and Azerbaijani Language”, Ramilə Alışova “Heydər Əliyev şəxsiyyətinin dildə təcəssümü”, kafedranın müəllimi Safura İsayeva “Heydər Əliyev ritorikasının fəlsəfi aspektləri”, Filologiya və jurnalistika fakültəsinin tələbələri Günel Vəlizadə və Zəhra Qurbanova Heydər Əliyevin təhsil siyasəti haqqında çıxış ediblər.
Tədbirdə, həmçinin Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədov, kafedranın dosenti Jalə Qəribova, Eksperimental fonetika və tətbiqi dilçilik ETL-nin müdiri, professor Fəxrəddin Veysəlli Heydər Əliyevin dil siyasətindən bəhs ediblər.
Tədbir müzakirələrlə yekunlaşıb.







