ADU-nun tələbəsi Tədqiqatçı Gənclərin Beynəlxalq Konfransında iştirak edib

UNEC Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tədqiqatçı Gənclərin Beynəlxalq Konfransı keçirilib.
Konfransda UNEC tələbələri ilə yanaşı BDU, ADU, ADPU, Qərbi Kaspi Universiteti, Türkiyə Cümhuriyyəti Səlcuq Universitetinin tələbələri də iştirak edib. Konfrans yeddi bölmə üzrə (Beynəlxalq iqtisadiyyat, Beynəlxalq münasibətlər , Ekologiya , Turizim və otelçilik, Humanitar elmlər, İqtisadiyyat, İqtisadiyyat və Maliyyə ) təşkil olunub.
ADU-nun Filologiya və Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi İbrahimova Günayın mövzusu Azərbaycan folklorşünaslığından bəhs edib. Azərbaycan folklor ənənələri öz qaynaqlarını şifahi xalq ədəbiyyatından alır. Məhz buna görə də folklor ədəbiyyatı şifahi xalq ədəbiyyatı ilə eyniləşir.
Bölmə iclasları tələbələrin maraqlı çıxışları ilə yadda qalıb. İclasın sonunda tələbələrə sertifikatlar və konfransın tezis materiallarının çap olunduğu kitab təqdim olunub.