XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev gənclərin gözü ilə” adlı dəyirmi masa təşkil olunub

03 may, 2019

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Magistratura şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev gənclərin gözü ilə” adlı dəyirmi masa təşkil olunub.

Açılış nitqi ilə çıxış edən Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan tarixi və mədəniyyətindəki müstəsna rolundan söhbət açıb, Heydər Əliyevin geniş fəaliyyətinin mühüm bir sahəsini tədbirə toplaşanların gözü önündə canlandırıb.

Sonra Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov öz növbəsində ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsinin, onun beynəlxalq nüfuzunun sürətlə artmasının məhz Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmasını vurğulayıb.

Tədbir ulu öndərin həyat və fəaliyyəti haqqında müzakirələrlə davam edib.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb.