XƏBƏRLƏR

ADU-da “Düzgün istinadetmə və sitatgətirmə” mövzusunda təlim keçirilib

02 may, 2019

Azərbaycan Dillər Universitetində (ADU) Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Könül Hacıyevanın təqdimatı ilə “Düzgün istinadetmə və sitatgətirmə” mövzusunda təlim keçirilib.

Tədbirdə akademik yazı nümunələrində düzgün istinad qaydaları, istinad etmənin vacibliyi, istinad edərkən yaranan çətinliklər və onların aradan qaldırılması yollarından danışılıb, çalışmalar və sorğu-sual xarakterli tapşırıqlar müzakirə edilib.

Təlimdə İngilis dilinin fonetikası, İngilis dilinin qrammatikası, İngilis dilinin üslubiyyatı və leksikologiyası-2 və Təlimdə innovasiyalar kafedrasının əməkdaşları, həmçinin doktorant və dissertantlar iştirak edib.