XƏBƏRLƏR

ADU-da “Oxu müsabiqəsi”nin qalibləri təltif olunub

02 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının müəllimi Zarema İbrahimovanın təşkilatçılığı ilə keçirilən “Oxu müsabiqəsi”nin qalibləri sertifikat və hədiyyələrlə təltif olunub.

Müsabiqənin keçirilməsinin məqsədi Təhsil fakültəsinin III kurs tələbələri arasında tənqidi təfəkkür və oxu bacarıqlarının nümayiş olunması səviyyəsini yoxlamaq, gənc nəslin nümayəndələrini həvəsləndirmək və rəğbətləndirmək olub.

Müsabiqədə iştirak edən 47 tələbə  seçilmiş oxu materiallarını dərk edərək, mətndəki əsas ideyaları, müəllifin məqsədini taparaq parafraz edib və mətnin xülasəsini hazırlayıblar.

Qeyd edək ki,  “ Oxu müsabiqəsi”nin nəticələrinə əsasən 314a qrup tələbəsi Sürəyya Əliyeva I yerə, 309a qrup tələbəsi Aişə Məlikova II yerə, 309b qrup tələbəsi Xanım Məmmədova III yerə layiq görülüb.