XƏBƏRLƏR

254 nömrəli tam orta məktəbdə tədbir keçirilib

02 may, 2019

1 may 2019-cu il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının müəllimi Arzu Baxşəliyevanın təşkilatçılığı ilə Rövşən Əliyev adına 254 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilib. Tədbir Təhsil fakültəsinin  403b, 407b, Essex 6 qrup tələbələri Bəturə Novruzlu, Könül Cəfərova, Aynurə Xəlilzadə, Zəhra Hacıyeva, Hilalə Aslanlı və Aqilə Kərimova tərəfindən hazırlanıb.

Öncə A.Baxşəliyeva narkomaniyanın müalicəsi və onun mərhələləri haqqında danışıb.

Tələbələr yuxarı sinif şagirdlərinə narkomaniyanın tarixi, yayılması, fəsadları, müalicəsi haqqında geniş məlumat veriblər.

Sonra narkomaniyadan bəhs edən videoçarx nümayiş olunub.

Sonda tələbə və şagirdlər arasında “Zərərli vərdişlərə yox deyək!” mövzusunda müzakirələr aparılıb.