XƏBƏRLƏR

225 nömrəli tam orta məktəbdə tədbir keçirilib

02 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin ingilis dili müəllimliyi ixtisası üzrə 225 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən 408 A qrup tələbələri “Zərərli vərdişlərə  yox deyək!” mövzusunda tədbir keçirib.

Pedaqogika kafedrasının baş müəllimi Məhbubə Ələkbərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərə zərərli vərdişlər, onların fəsadları, mənfi cəhətləri və səbəbləri haqqında geniş məlumat verilib.

M.Ələkbərova zərərli vərdiş olan siqaret və alkoqola erkən yaşlarından aludə olmağın ailələrin və cəmiyyətin əxlaqi-mənəvi təməlinə zərər verməsindən söz açıb.