Tələbələr Heydər Əliyev Mərkəzində olublar
01 may, 2019

Beynəlxalq münasibətlər kafedrasının dosentləri Emil Qasımov və Namiq Əsədovun rəhbərliyi altında Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 171a və 171b qrup tələbələri Heydər Əliyev Mərkəzində ekskursiyada olublar.
Tələbələr mərkəzlə yaxından tanış olub, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında dərin məlumatlara yiyələniblər.
Nəticə olaraq, ekskursiya tələbələrdə xoş təəssüratlar yaradıb.



