ADU-da “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa təşkil olunub
Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrası, Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyasının birgə təşkil etdiyi “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı dəyirmi masa təşkil olunub.
Dəyirmi masanı giriş sözü ilə açan Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli ulu öndərin gənclər siyasətindən danışaraq bu siyasətin əhəmiyyətini və vacibliyini xüsusi olaraq qeyd edib. Gənclərin hər zaman diqqət mərkəzində olmasını və bunun bir dövlət qayğısı şəklində göstərilməsini gənclərə olan diqqət və qayğının ən başlıca göstəricisi olduğunu vurğulayıb.
Daha sonra Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva ulu öndərin gənclər siyasətində, idarəçilik işində gənclərin ön plana çəkilməsini, bütün sferalarda gənclərin təmsil olunmasını məhz ulu öndərin əsas prinsipi olduğunu qeyd edib. O, bunun həm tarixi, həm də milli baxımdan bir addım kimi atılmasının ölkəmizin gələcək inkişafına müstəsna şəkildə təsir etdiyini vurğulayıb.
Çıxışçılar sırasında Pərvanə Xanızadə fransız, Ülviyyə Hüseynova ərəb, Pərvanə Cəfərova ingilis, Emilya Xudiyeva ibri dilində öz məruzələrini təqdim ediblər. Kiçik elmi işçi Suğra Ələkbərli “Heydər Əliyev və Azərbaycan dövlət gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
Dəyirmi masa ulu öndər haqqında hazırlanan video slaydın göstərilməsi ilə başa çatıb.