XƏBƏRLƏR

İspandilli tələbələrlə görüş keçirilib

01 may, 2019

Aprelin 30-da Azərbaycan Dillər Universitetinin (ADU) İspan Dili Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda İspaniyanın məşhur “EL PORTALON” restoranının baş aşpazı Borxa Otonyononun tələbələrlə görüş keçirilib.

Görüşdə İspaniyanın mətbəxi haqqında danışan aşpaz İspaniyanın məşhur təamları, onların hazırlanma və saxlanma üsulları barədə məlumat verib.

 Görüşdə İspaniya mətbəxinin tarixi haqqında da fikir mübadiləsi aparılıb.