XƏBƏRLƏR

34 nömrəli məktəbdə “Zərərli vərdişlərə yox deyək!” seminarı təşkil olunub

01 may, 2019

Bakı şəhəri 34 saylı məktəbdə ADU-nun Pedaqogika kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Türkan Əliyevanın təşkilatçılğı ilə “Zərərli vərdişlərə yox deyək!” adlı seminar təşkil olunub.

Məktəbin direktoru Rəhman Hacıyev edərək seminarın önəmliliyini vurğulayıb. Tədbirdə tələbələrin 200-dən artıq insandan götürdükləri sorğuları əks etdirən video-çarx nümayiş olunub, klinik psixoloq Nərmin Mərtin zərərli vərdişlərin yaranma səbəbləri, kökündə dayanan valideyn-övlad münasibətləri, məktəb psixoloqlarının uşaqlara köməyi haqqında fikirləri dinlənilib. Daha sonra Pedaqoq Türkan Əliyeva çıxış edərək aprel ayının əvvəlindən sonundək ADU-nun Pedaqogika kafedrasının “Zərərli vərdişlərə yox deyək!” adı altında silsilə tədbirlərin pedaqoji təcrübənin keçirildiyi qaçqın və məcburi köçkün məktəblərində də təşkil olunacağını vurğulayıb.