XƏBƏRLƏR

Pedaqogika kafedrası Zərərli vərdişlərə yox deyək!” tədbiri keçirib

01 may, 2019

Pedaqogika kafedrasının baş müəllimi Təranə Əliyevanın təşkilatçılığı ilə Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilib. Tələbələr şagirdlərə zərərli vərdişlər haqqında geniş məlumat verib, mövzu ətrafında müzakirələr aparılıb. Təcrübəçi-tələbə Mustafazadə Ayşən tədbiri giriş sözü ilə açaraq son illər bəşəri bəlaya çevrilmiş və “ağ ölüm” adlandırılan narkomaniyanın, uşaqlar və yeniyetmələr arasında yayılan zərərli vərdişlərin fəsadlarından danışıb. O, bu sahədə təkcə ailənin deyil, pedaqoji kollektivin və ictimaiyyətin rolunu, birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Tələbələr zərərli vərdiş olan siqaret və alkoqola erkən yaşlarından aludəçiliyin ailələrin, cəmiyyətin əxlaqi-mənəvi təməlinə zərər verdiyindən, maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.