XƏBƏRLƏR

ADU-nun tələbələri Tarixi Muzeyində olublar

30 aprel, 2019

ADU-nun Pedaqogika kafedrasının müəllimləri pedaqoji təcrübə müddətində nəzərdə tutulmuş proqrama əsasən tələbələrlə əməkdaşlıq fəaliyyətlərini uğurla davam etdirirlər. Baş müəllim Tahirə Bağırovanın  rəhbərliyi ilə 53 saylı məktəbdə pedaqoji  təcrübə keçən Təhsil fakültəsinin IV kurs tələbələrinin Azərbaycan Milli Tarixi Muzeyinə ekskursiyası təşkil olunub.

Ekskursiyanın təşkil olunmasında məqsəd  Azərbaycan tarixinin bütün dövrlərinin maddi və mədəniyyət abidələrini əks etdirən zəngin eksponatlarla  tələbələri daha yaxından tanış etməklə onlarda elmi dünyagörüşünü artırmaq, milli və mənəvi  irsimizə hörmət və qürur hissini daha da gücləndirmək, tələbə gənclərin ideya-siyasi tərbiyəsi yönümündən maarifləndirilməsidir.

Ekskursiya müddətində bələdçi muzeydəki eksponatlar, zəngin kolleksiyalar və sərgilər  haqqında dolğun  məlumatlar verməklə bərabər, tələbələri  maraqlandıran sualları  da ətraflı cavablandırıb.

Ekskursiya tələbələrin xoş təəssüratlarını bölüşməsi və xatirə şəkillərin çəkdirilməsi ilə başa çatıb.