XƏBƏRLƏR

ADU-da Zərifə Əliyevaya həsr olunan tədbir keçirilib

30 aprel, 2019

ADU-nun Pedaqogika kafedrasının  təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevaya həsr olunan tədbir keçirilib. Tədbirdə  gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alimin həyat yolundan bəhs edilib, Zərifə xanıma həsr olunmuş şeirlər səsləndirilib.

Sevil xanım Əliyevanın bəstələdiyi “Ana” mahnısı tədbirə xüsusi rəng verib. Zərifə Əliyevanın ömür yolunu əks etdirən slaydları tamaşaçılar riqqətlə izləyiblər.

Tədbirin sonunda səslənən “Azərbaycan” mahnısını iştirakçılar xüsusi coşqu ilə ifa ediblər.

Tədbirdə ADU rektorunun müşaviri Anar Osmanlı, Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov, kafedra müdirləri Gülnar Hüseynzadə, Məsməxanım Qazıyeva, Arif Hüseynov, Amil Cəfərov, Gülnarə Sadıxova, Sevda Zamanova  iştirak ediblər.