XƏBƏRLƏR

ADU-da Beynəlxalq Frankofoniya gününə həsr olunmuş tədbir keçirilib

26 aprel, 2019

ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı iləBeynəlxaq Frakofoniya gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitetimizin Filologiya və jurnalistika, Təhsil fakültələrinin tələbələri ilə bərabər Bakı Avropa Liseyi, Oxford School və 132-134 nömrəli məktəblərin bir qrup şagird və müəllim heyəti fransız dilində hazırladıqları proqramlarla çıxış ediblər.

Tədbirin aparıcıları Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri fil.f.d., dos. Ülfət İbrahim və Təhsil fakültəsinin 4-cü kurs 432 “r” qrupunun tələbəsi Səriyyə Salmanzadə qonaqları salamlayaraq universitetimizdə hər il keçirilən Frankofoniya gününün yaranması, tarixi və əhəmiyyəti barəsində məlumat veriblər.

Tələbələrimiz fransız dilində mahnı, rəqs və şeirlərlə çıxış ediblər. Eyni zamanda Frankofoniyaya aid viktorina keçirilib. Qaliblər mükafatlandırılıblar.

Tədbirdə Fransanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi və Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Moris Rufən iştirak edib.