XƏBƏRLƏR

"Xaricdə təhsilin üstünlükləri" təlimi keçirilib

26 aprel, 2019

ADU TGT nəzdində fəaliyyət göstərən Elm və Təhsil Departamentinin "Xaricdə təhsilin üstünlükləri" adlı təlimi baş tutub. Təlimin qonağı jurnalist, tele-aparıcı Murad Əzimzadə olub. Təlim zamanı tələbələrlə birlikdə xaricdə təhsil almağın müsbət cəhətləri və eyni zamanda bir sıra ölkələrin təhsil sistemi, xarici universitetlərə qəbul göstəriciləri kimi mövzular ətrafında müzakirələr edilib.