XƏBƏRLƏR

ADU-da “Nəsiminin şeir və qəzəllərinin qiraəti” mövzusunda müsabiqə keçirilib

26 aprel, 2019

Aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsiminin şeir və qəzəllərinin qiraəti” mövzusunda müsabiqə keçirilib.

Fakültənin dekanı dosent İbrahim Kazımbəyli, Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aytən Hacıyeva Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığından, toxunduğu mövzulardan və ədəbiyyatda sufizm və hürufilik baxışları haqqında danışıblar.

Daha sonra fakültənin 237b qrup tələbələri Zeynəb Babayeva “Mərhəba”, Rəvanə Quliyeva “Ayrılır”, Yaqut Novruzova “Neylərəm”, 171b qrup tələbəsi Günel İbrahimova “Etməgil”, 154a qrup tələbəsi İlkin Əliyarlı “Ağrımaz”, 235a qrup tələbəsi Fəridə Temirova “Etməgil”, 235b qrup tələbəsi Səbinə İskəndərova “Hardasan?”, 154b qrup tələbəsi Əhməd Alıyev “Sığmazam”, 242-ci qrup tələbəsi Bahar Əkbərova “Ayrılır” qəzəllərini söyləyiblər.

Münsiflər heyətinin səsverməsindən sonra Zeynəb Babayeva, Rəvanə Quliyeva, Yaqut Novruzova fakültələrarası müsabiqədə iştirak haqqı qazanıblar.