XƏBƏRLƏR

“Creative spark” yarışması - ELAN

23 aprel, 2019

ƏZİZ TƏLƏBƏLƏR VƏ GƏNC STARTAPÇILAR!

25.000 funt sterlinq pul mükafatı qazanmaq, yaxud Birləşmiş Krallığa səfərə getmək istəyirsiniz? Bəs professional biznes dəstəyi necə? Artıq start götürən “Creative spark” (Yaradıcı qığılcım) layihəsinin “Big İDEA” adlı ideya və fikir yarışı sizə belə bir imkan yaradır. Britaniya Şurasının (British Council) təşəbbüsü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İngiltərənin Newcastle Universiteti ilə birgə layihəsinə sən də qoşul, şans qazan. Yarışmanın ilk seçim mərhələsində iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyat keçmək kifayətdir.

www.enterpriseazerbaijan.com/creativespark *Qeydiyyat zamanı linkdəki qaydalarla öncədən tanış olun. Qeydiyyat üçün son tarix : Şənbə, 27 Aprel 2019 12:00