ADU-da keçirilən şahmat və dama yarışlarının qalibləri bəlli olub
Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman klubunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş oğlanlar və qızlar arasında fakültələrarası şahmat və dama yarışları baş tutub.
Yarış ADU-nun tələbələri arasında həmin idman növlərinin kütləviliyinə nail olunması, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və intellektual hazırlıqlarının artırılması məqsədilə həyata keçirilib.
Şahmat idman növü üzrə Sabah qruplarının IV kurs tələbəsi Polad Əzimov 1-ci, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin III kurs tələbələri – Göyüşov Elgün 2-ci, Mirəkbər Ağayev və Samir Allahverdiyev isə III yeri qazanıb.
Dama idman növü üzrə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin III kurs tələbəsi Samir Allahverdiyev, Təhsil fakültəsinin III kurs tələbələri Dəyanət Hüseynov və Yusif Kazımzadə isə müvafiq olaraq ilk üç yerdə qərarlaşıblar.
Qaliblər ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq tədbirdə fəxri fərman, medallar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.