XƏBƏRLƏR

“Folklorda gülüşün genezisi” mövzusunda ustad dərsi keçirilib

23 aprel, 2019

Filologiya və jurnalistika fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan 133 a-b qrup tələbələrinə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov “Folklorda gülüşün genezisi” mövzusunda ustad dərsi keçib.

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Mehriban Mövlamovanın “Ölkə filologiyasına giriş” fənnində keçirilən ustad dərsində kafedra əməkdaşları və kafedraya təhkim olunmuş II kurs magistrantlar da iştirak edib.