XƏBƏRLƏR

ADU-da AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib

23 aprel, 2019

Azərbaycan Dillər Universitetində (ADU) universitetin İspan dili Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ispan dili bölməsinin təqdimatı keçirilib.

AZƏRTAC ispandilli tərəfdaşları ilə informasiya mübadiləsini daha da gücləndirmək, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrdə uğurları, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə informasiyaların 400 milyonluq ispandilli auditoriyaya çatdırılması məqsədilə ispan dilində xəbər yayımına cari ilin yanvarından başlayıb. Agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi agentliklərlə ispan dilində xəbər mübadiləsi aparır, ispandilli ölkələrin xəbər agentlikləri – İspaniyanın EFE, Argentinanın Telam, Paraqvayın IP, Kubanın Prensa Latina agentlikləri ilə sıx əməkdaşlıq edir.

Tədbirdə ADU-nun müəllim və tələbə heyəti iştirak edib.

İştirakçılara AZƏRTAC-ın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.