XƏBƏRLƏR

ADU-da TEDxAUL layihəsinin növbəti görüşü baş tutub

23 aprel, 2019

20 aprel 2019-cu il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən TEDxAUL layihəsinin növbəti görüşü baş tutub.

Layihə rəhbəri Nərmin Əlizadənin nitqi ilə başlayan görüşün qonaqları tanınmış spikerlər Orxan Şahbaz və Jalə Ələkbərova olub. Görüşdə Orxan Şahbaz "Beynimizdəki həyat", Jalə Ələkbərova isə "3Dərs" mövzusunda çıxışlar edib və mövzu ətrafında tələbələr ilə müzakirələr aparıblar.