XƏBƏRLƏR

ADU-da “Multikulturalizm modelləri-müqayisəli təhlil” mövzusunda dəyirmi masa keçirilib

22 aprel, 2019

Aprelin 22-də Azərbaycan Dillər Universitetində (ADU) “Multikulturalizm modelləri-müqayisəli təhlil”  mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şükufə Cabbarova “Azərbaycanda çoxkonfessiyalıq və dini tolerantlıq”, Regionşünaslıq kafedrasının baş müəllimləri Nigar Əsgərova “Argentinada dini tolerantlıq” və Bəyim Abdulla “İsraildə etnik müxtəliflik və tolerantlıq”, Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasının (ETL) elmi işçisi Turan Kərimli “Azərbaycanda etnik müxtəliflik və multikultural şərait” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə Filologiya və jurnalistika, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin, həmçinin Avrasiya Universitetinin tələbələri iştirak edib.

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, dəyirmi masanın təşkilatçısı Multikulturalizm elmi tədqiqat laboratoriyası, moderatoru isə tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov olub.