XƏBƏRLƏR

ADU-nun tələbələri Nəsimiyə həsr olunan müsabiqənin qalibi olublar

22 aprel, 2019

İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Hüsnü-camal, əqli-kamal” adlı ümumrespublika ali məktəblərarası bədii-qiraət müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan Dillər Universiteti Filologiya və jurnalistika fakültəsində təhsil alan tələbələrdən Kənan Abdullayev və Kəmalə Həsənova da iştirak ediblər və xüsusi nominasiya üzrə mükafata layiq görülüblər.

Müsabiqədə professor Tərlan Quliyev, xalq artisti Eldost Bayram, professor Buludxan Xəlilov, professor Aqşin Babayev, əməkdar artist Azad Şükürov, xalq artisti Məmmədsəfa Qasımov, dosent Nadir Hüseynov münsif qismində iştirak ediblər