XƏBƏRLƏR

ADU-nun Pedaqogika kafedrası aktual pedaqoji mövzularda silsilə seminar-təlimlər keçirir

19 aprel, 2019

ADU-nun Pedaqogika kafedrası aktual pedaqoji mövzularda silsilə seminar-təlimlər keçirir. Belə təlimlərdən biri də aprelin 17-da baş tutub. Kafedranın baş müəllimi Naibə Xiyalovanın rəhbərliyi ilə 218 A və 218 B qrup tələbələri “Düzgün ünsiyyət” mövzusunda seminarda bir çox vacib problemi müxtəlif aspektlərdən işıqlandırıblar.

Təlimdə  “Sizi görməyə şadıq”, “ Məndən soruş”, “ Ünsiyyət və kommunikasiya”, “Qeyri-verbal ünsiyyət” “Təhsil müəssisələrində qeyri-verbal ünsiyyətin öyrədilməsinin vacibliyi”, “Jestlər dünyasına ekskurs”, “Uşaqlarla ünsiyyətin xüsusiyyətləri. Zahiri tərcüməçi”, “”Fiziki və əqli qüsurlu uşaqlarla ünsiyyətin xüsusiyyətləri”, “Ünsiyyətin çətinlikləri”, “Cohari pəncərəsi. “Mən”in inkişafı üsulu” mövzulu tədqiqatlar təqdim olunub, “Zürafə”, “Məni dəvət et” oyunları keçirilib.

 Seminar-təlimin sonunda iştirakçılar anket sorğusuna cəlb olunublar və beləliklə, uğurlu əks əlaqə yaradılıb.