XƏBƏRLƏR

ADU-da “Ən yaxşı esse” müsabiqəsi keçirilib

19 aprel, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının müəllimi Ülkər Xanlarovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı esse” müsabiqəsi keçirilib.

 “Heydər Əliyevin gənclərin inkişafında rolu” mövzusunda keçirilən müsabiqədə Təhsil fakültəsinin II kurs Essex 8 qrupundan 14 tələbə iştirak edib. Təlimdə innovasiyalar kafedrasının müdiri dosent Aytən Bayramovanın sədri olduğu münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları (düzgün strukturun gözlənilməsi, məzmunun tam açılması, mövzunun yaradıcı şəkildə şərhi, fikrin faktlarla əsaslandırılması, söz ehtiyatı zənginliyi və s.) nəzərə alaraq qiymətləndirmə aparacaq.