Tarixi Abidələrin Mühafizəsi gününə həsr olunan tədbir keçirilib
18 aprel, 2019
Aprelin 17-də ADU TGT nəzdində fəaliyyət göstərən Tarix Klubunun təşkilatçılığı ilə "18 aprel - Tarixi Abidələrin Mühafizəsi" gününə həsr olunan tədbir keçirilib.
ADU-nun Tələbələrlə iş və tərbiyə şöbəsinin baş mütəxəssisi Gülnar Xəlilova Azərbaycan Dillər Universitetinin tələbələrinin daim mədəniyyətimizin, tariximizin istər ölkə daxilində, istərsə də ölkə xaricində tanıdılması istiqamətində gördüyü işlərdən və gələcəkdə bu sahədə görüləcək işlər barəsində məlumat verib.