XƏBƏRLƏR

Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi münasibətilə Respublika elmi konfransı keçiriləcək

18 aprel, 2019

2019-cu il may ayının 24-də tanınmış dilçi alim, türkoloq və ictimai xadim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutudur.

Respublika konfransında AMEA-nın və AR Təhsil Nazirliyinin aparıcı alimləri ilə yanaşı, gənc tədqiqatçıların iştirakına xüsusi diqqət yetiriləcəkdir.

Elmi konfransın nəticələrinə görə təqdim olunmuş məqalələrin toplu şəklində çap edilməsi, müvafiq qurumlara və elmi kitabxanalara paylanması nəzərdə tutulur.

Konfransın mövzuları:

  1. Afad Qurbanov və Azərbaycan onomastikası
  2. Afad Qurbanov və ümumi dilçilik məsələləri
  3. Afad Qurbanovun elmi və ictimai fəaliyyətində əlifba məsələləri

Məqalələrin tərtib olunması qaydaları

Məqalənin mətni A-4 formatda, Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, çalışdığı müəssisənin, təşkilatın adı, elmi dərəcəsi və elmi adı, e-poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır.

Məqalələrin həcmi 10 səhifədən artıq olmamaqla (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) kodlaşdırılmalı və elektron şəkildə 10.05.2019-cu il tarixinədək [email protected] e-poçt ünvanına göndərilməlidir.

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.

Ünvan: AMEA-nın Rəyasət Heyəti, 3-cü mərtəbə, 312-ci otaq

Tel.: (+994 12) 49226622, (+994 12) 4976982

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Görkəmli dilçi-alim Afad Qurbanovun 90 illiyinə həsr olunmuş

“MÜASİR DİLÇİLİYİN AKTUAL PROBLEMLƏRİ” Beynəlxalq elmi konfransı

6-7 iyun 2019-cu il

KONFRANSIN ELMİ BÖLMƏLƏRİ:

Ümumi dilçilik

Türkoloji dilçilik

Onomalogiya

Praktik dilçilik / Azərbaycan ədəbi dili (müasir Azərbaycan Əlifbası)

KONFRANSDA İŞTİRAK ŞƏRTLƏRİ:

Konfransda iştirak etmək istəyən mütəxəssislər elmi məruzələrin tezislərini (1-2 səh.)

1 may 2019-cu il tarixə qədər [email protected] ünvanına göndərməlidirlər. Məqalələr Microsoft Word proqramında, Times New Roman şrifti ilə, 12 pt, 1,0 sətirarası intervalla yazılmalıdır. Səhifə ölçüləri: hər tərəfdən 2 sm olmalıdır. Başlıqlar ortada qara və böyük hərflərlə göstərilməlidir. İstinadlar mətn içərisində kvadrat mötərizədə göstərilməklə məqalənin sonunda əlifba ardıcıllığı ilə nömrələnməlidir. Materiallar konfransın Təşkilat Komitəsinin rəyi əsasında çap olunur.

KONFRANSIN İŞÇİ DİLLƏRİ: Azərbaycan, ingilis, rus

Ünvan: Azərbaycan Dövlət Pedaqoji Universiteti

Bakı, AZ 1000, Ü.Hacıbəyli küçəsi, 68.

Əlaqə telefonu: (+99412) 493-05-85; 493-52-86

E-mail: [email protected]:[email protected]

http:// www.adpu.edu.az