XƏBƏRLƏR

Meksika səfiri ilə görüş keçirilib

20 may, 2019

May ayının 16-da ADU-nun Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının təşkilatçılığı ilə Tərcümə fakültəsi ispan dili üzrə təhsil alan 1 kurs tələbələri ilə Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floreslə görüş keçirilib. Görüşün əsas mövzusu “Meksika və Azərbaycan – artıq daha yaxın” olub.

O, tələbələrə turizm, universitetlər, Meksikanın gerb və bayrağı, yeməklər və içkilər haqqında məlumat verilib. Meksikada son illərdə azərbaycanlıların artım faizinin yüksəldiyini və 19% təşkil etdiyini, Azərbaycanda isə meksikalıların artımının 9% olduğunu qeyd edib.

Rodrigo Lambardini Meksikanın əsasən, gerbi, bayrağı və digər atributları haqqında danışıb. O, Meksika bayrağının 3 rəngdən (yaşıl, ağ, qırmızı) ibarət olduğunu və yaşıl rəngin müstəqilliyi, ağ rəngin birliyi, qırmızı rəngin isə qəhrəmanların qanını təmsil etdiyini qeyd edib. O, gerbin üzərində yerləşən qartal və kaktus fiqurlarının isə güc və birlik mənasını verdiyini deyib.

Sonda Rodrigo Lambardini Azərbaycan yeməklərinin çox dadlı olduğunu deyib və tələbələrlə müxtəlif mövzular haqqında müzakirələr aparıb.