XƏBƏRLƏR

258 saylı məktəbdə tədbir keçirilib

06 may, 2019

“Zərərli vərdişlərə yox deyək” layihəsi gənclərin  zərərli vərdişlərdən uzaqlaşdırılması, eyni zamanda tələbələrin məktəb kollektivləri və şagirdlərlə işlərmək, ünsiyyət qurmaq vərdişlərinin formalaşdırılması məqsədi daşıyır.

Azərbaycan Dillər Universitetinin günümüzlə səsləşən belə aktual mövzu ilə bağlı həyata keçirdiyi layihə təhsil müəssisələrində də rəğbətlə qarşılanır və təqdir edilir.

Belə tədbirlərdən biri universitetin pedaqogika kafedrasının b/m müəllimi Sevda Xaspoladova və IV kurs 417a, 418a, 411b qruplarının təcrübəçi tələbələrinin təkilatçılığı ilə Bakının Nərimanov rayonu Arif Vəliyev adına 258 saylı məktəbin 7a sinfində həyata keçirilib.

Təhsil fakültəsində (ingilis ixtisası üzrə) təsil alan Əzimova Minayə və Hüseynov Ənvər tədbirin hazırlanmasında, təqdim edilməsində, eyni zamanda auditoriya ilə dialoqun qurulmasında fəallıq göstəriblər.

Baş müəllim Xaspoladova Sevda və məktəbin müəllimi Xancabəyova Məlahət tədbirə yekun vuraraq belə görüşlərin həm tələbələrlə, həm də şagirdlərlə keçirilməsinin əhəmiyyətli rolunu qeyd ediblər.