XƏBƏRLƏR

ADU Kitabxana Şurasının hesabat iclası keçirilib

18 aprel, 2019

Kitabxana Şurası Universitetin elmi və təhsil fəaliyyətlərinə informasiya və kitabxananın dəstəklənməsi sisteminin təşkili və inkişafını asanlaşdırmaq üçün yaradılmış kollegial ictimai orqandır.

Kitabxana Şurası yarandığı dövrdən (2017 noyabr) bu günə kimi öz işini gücləndirərək, ADU-nun elmi və təhsil şöbələri ilə əlaqələndirilməsində rolu və onun istifadəsinin səmərəliliyini artırmaq üçün konkret tədbirlər görüb. Belə ki, ADU-nun kitabxana fonduna elmi və tədris ədəbiyyatının alınması məsələsinə, eləcə də 2018-ci ildə ədəbiyyatın satın alınması və 2019-cu ilə dair planların yerinə yetirilməsi məsələləri Kitabxana Şurasının üzvlərinə vaxtında təqdim edilmişdir. Kitablar və məlumat bazaları, kafedralardan daxil olan təqdimatlar ümumiləşdirərək rəhbərlik tərəfindən təsdiqlənib və nəşrlərin satın alınması üçün maliyə şöbəsinə təhvil verilib. Kitabların əldə oluması, alınması  prosesi mərhələli şəkildə davam edir.

Kitabxana Şurası 2018 dekabr ayında keçirilən iclasında elektron informasiya resurslarının təqdimatı və təhlili kitabxananın və Kitabxana Şurasının unuversitetin hər qurumu ilə əlaqəli işlədiyini təsdiqləyir.

16.04.2019 cu il tarixli ADU-nun Kitabxana Şurasının keçirdiyi növbəti iclasda Kitabxananın hesabatı kitabxananın müdiri müavini Cəmilə Əliyeva tərəfindən təqdim edilib:  “Hesabatda son 2   il ərzində kitabxana fondunun zənginləşdirilməsi üçün  12564 adda və 21530 nüsxə elmi, elmi-metodik ədəbiyyat, dərslik və dərs vəsaiti alınıb. Kitab dövriyyəsinin səmərəsinin artırılması, kitabxanalararası abonement təcrübəsinə müraciət, oxu zallarından istifadə imkanlarının genişləndirilməsi ilə yanaşı, elektron kitabxananın yaradılması işi də sürətləndirilib, kitabxananın tərkibində  ayrıca rəqəmsallaşdırma şöbəsi yaradılıb. İndiki halda universitet tələbələri və əməkdaşları elektron kitabxana sistemində elektron kataloqdan, heç bir maliyyə vəsaiti ödənilmədən ADU-nun intellektual kapitalını  toplayan, saxlayan, qoruyan və daxil olan bütün xidmətlərin, açıq girişli elmi jurnallar, məqalələr, dərsliklər, iş sənədləri və s. daxil olmaqla, yenilikçi xidmətləri,  rəqəmsal kolleksiyaları təmin edən DSpace tərəfindən idarə olunan rəqəmsal kitabxanadan, ADU kitabxanası və Bakı Amerika mərkəzinin birgə yaratdıqları elektron toplu kataloq olan kitabxana resurslarından da istifadə edə bilərlər”.

Kitabxana, xüsusilə, DSpace texnologiyasına əsaslanan Dillər Universiteti Rəqəmsal Arxivinin  təmin edilməsi ilə Universitetin İnformasiya Strategiyasının həyata keçirilməsində əsas rol oynayır.

Kitabxana Dillər Universiteti Elektron Arxivi vasitəsi ilə tədqiqat resurslarına səmərəli girişin təmin edilməsi, tədqiqatçıların öz sahələrindəki tərəqqi barəsində cari məlumatlılığının saxlanılmasına kömək edilməsi və fakültə ilə işləməklə aspirantların tədqiqat metodologiyası, informasiya-axtarış bacarıqlarında səriştəli olmalarına zəmanət yaratmaqla, akademik tədqiqatı dəstəkləyəcək.

(daha ətraflı bax - http://www.adu.edu.az/kitabxana/#1542183784769-df003cee-29e5).

İclasda Kitabxanadakı yeniliklərin daha da geniş təbliğinin aktivləşdirilməsi və professor-müəllim  və tələbə heyətinin müntəzəm olaraq məlumatlandırılması üçün sosial şəbəkələrdə işıqlandırılması və fakültələr üzrə təqdimatların keçirilməsi qərara alınıb.

Daha sonra Kitabxana Şurasının iclasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18.11.2018-ci il  tarixli Sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə əlaqədar böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planı muzakirə edilərək hazırlanıb, həyata keçirilməsinin təmin olunması barədə qərarlar qəbul olunub.