XƏBƏRLƏR

ADU-da şahmat, dama, mini futbol və stolüstü tennis üzrə yarışlar keçiriləcək

18 aprel, 2019

Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və İdman klubu Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş oğlanlar və qızlar arasında  şahmat, dama, mini futbol və stolüstü tennis üzrə fakültələrarası yarış keçirir.

Yarış ADU-nun tələbələri arasında həmin idman növlərinin kütləviliyinə nail olunması, tələbələrin asudə vaxtlarının  səmərəli keçirilməsi və intellektual hazırlıqlarının artırılması məqsədilə həyata keçirilir.

Yarışların keçirilməsi aşağıdakı qaydada nəzərdə tutulub:

Şahmat və dama idman növləri üzrə yarış 20-21 aprel 2019-cu il  tarixində Azərbaycan Dillər Universitetinin idman zalında keçiriləcəkdir.Yarışda iştirakla əlaqədar sifarişlər fakültə dekanları tərəfindən 19.04.2019-cu il tarixədək İdman klubuna təqdim olunmalıdır.

Mini-futbol idman növü üzrə yarış 27-28 aprel 2019-cu il  tarixində ADNSU-nun idman zalında keçiriləcəkdir. 24 aprel 2019-cu il  tarixində yarış iştirakçıları ADU-nun İdman klubunda qeydiyyata alınır.

Stolüstü tennis idman növü üzrə yarış 04-05 may 2019-cu il tarixində ADU-nun idman zalında keçiriləcəkdir. 30 aprel 2019-cu il tarixində yarış iştirakçıları ADU-nun İdman klubunda qeydiyyata alınır.

1-ci, 2-ci və 3-cü yerləri tutan şəxslər və komandalar ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən kubok, fəxri fərman, medallar və qiymətli hədiyyələrlə təltif olunacaq.