XƏBƏRLƏR

Pedaqogika kafedrası orta məktəbdə daha bir tədbir keçirib

17 aprel, 2019

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalova tələbələrlə birgə M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlər”ə aid tədbir təşkil edib.  Tələbələr şagirdlərə zərərli vərdişlərin nə olduqları, nəticələri, fəsadları, mənfi cəhətləri, səbəbləri haqqında geniş məlumat veriblər. Tədbirdə təcrübəçi tələbələr təhkim olunduqları siniflərin (6a; 6b) şagirdləri ilə birlikdə bu mövzu haqqında müzakirələr aparıblar. Seminar Təhsil fakültəsi, İngilis dili müəllimliyi, 425B qrup tələbələri (Rzayeva Nəzri, Zeynalova Nigar, Məcidova Günay, Məmmədova Ellada, Əhmədova İlahə); 426B qrup tələbələri (Ağazadə Şəfa, Əlizadə Asiya, Vəlizadə Fatimə, Quluyeva Pəri, Cəbrayılova Əsmər, Səfərli Ülkər, Əhədzadə Fəridə) və 427 AB qrup tələbələri (Musayeva Vəfa, Seyidəliyeva Təranə, Nəsibova Fidan,Quliyeva Çinarə, Musayev Fuad, İslamov Qorxmaz, Hümbətova Elnarə, Nəsirova Ləman) tərəfindən hazırlanıb. 

Tədbir “Zərərli vərdiş nədir?“ tədqiqat sualının müzakirəsi ilə başlayıb. Daha sonra “THE CHOİCE” (seçim) adlı filmi izlənilib və şagirdlərin zərərli vərdişlər haqqında topladıqları məlumatlar dinlənilib.  Sonda zərərli vərdişlərin nəticəsinə dair videoçarx izlənilib.