Dillər Universitetinin mütəxəssisi BDU-da təlim keçib
ADU Təlimdə innovasiyalar kafedrasının nəzdində fəaliyyət göstərən “Akademik yazı və oxu” mərkəzinin baş mütəxəssisi, dosent Sevil Qurbanova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinə “Akademik yazı qaydaları” adlı təlim keçib.
Təlimçi yazıya başlamazdan əvvəlki mərhələ, yəni bir-biri ilə əlaqəli olan ideyaların axtarılması, toplanması və bir araya gətirilməsi kimi məsələlərə aydınlıq gətirib. E.Qurbanova akademik yazı mətnləri, onların istifadə oldunduğu mövcud sahələr barəsində ətraflı məruzə edib, akademik yazının əsas növlərindən olan “esse”nin yazılma qaydaları haqqında müzakirələr aparıb. Təlimçi “esse”nin giriş və nəticə hissələrinin yazılmasında rast gəlinən çətinliklərdən, onların aradan qaldırılması yollarından danışıb.
BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulmuş təlim mövzuyla bağlı çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.