XƏBƏRLƏR

“Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsi keçirilir

16 aprel, 2019

   

 

“Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsi keçirilir 

 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, ali təhsil müəssisələri və həmkarlar ittifaqlarının işində fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan gənclərin müəyyən edilməsi, onların arasında sağlam rəqabət mühitinin formalaşdırılması, tələbələrin elmə, təhsilə, yaradıcılığa, idmana və ictimai işlərə sövq edilməsi məqsədilə “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsi təşkil olunub.

Müsabiqənin əsas vəzifəsi ATİAHİ-nin xidmətinə daxil olan tələbə həmkarlar ittifaqlarının apardığı işləri təhlil etmək və onlara praktiki köməklik göstərməkdir.

Müsabiqədə yalnız həmkarlar ittifaqının üzvü olan tələbələr iştirak edə bilər. Müsabiqə hər il keçirilir. Müsabiqə üçün tələb olunan sənədlər 19 aprel 2019-cu il tarixinədək Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinə təqdim edilməlidir.

Müsabiqənin keçirilmə qaydaları və şərtləri

Müsabiqə 2 turda keçirilir:

I  tur – Tələbə həmkarlar ittifaqı komitələri tərəfindən aprel ayında keçirilir və turun qalibləri müəyyən edilir.

II tur – may ayında keçirilir və Təşkilat Komitəsi tərəfindən müsabiqənin qalibləri müəyyən edilir.

Müsabiqənin I turunun keçirilməsi və qaliblərin müəyyənləşdirilməsi üçün tələbə həmkarlar ittifaqı komitələrinin qərarı ilə müvafiq komissiyalar yaradılır.

Tələbə həmkarlar ittifaqı komitələrinin müvafiq komissiyaları müsabiqənin şərtlərinə uyğun tələbələr arasında qalibləri müəyyənləşdirir və Respublika Komitəsinin Təşkilat Komitəsinə təqdim edir.

Təşkilat Komitəsi respublika üzrə müsabiqənin qaliblərini iki mərhələdə  –  birinci mərhələdə təqdim edilmiş sənədlərin ekspertizası, ikinci mərhələdə isə tələbələrin 10 dəqiqəlik təqdimatı və suallara cavabı əsasında müəyyənləşdirir.

Müsabiqənin II turunda (final mərhələsi) iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. a)I turun qalibi olması haqqında tələbə həmkarlar ittifaqı komitəsinin Rəyasət Heyətinin qərarı;
  2. b)Müsabiqədə iştirak etmək üçün sifariş (forma əlavə olunur).

Sənədlərin ekspertizası zamanı Təşkilat Komitəsi tərəfindən müsbət rəy alan tələbələr ikinci mərhələyə dəvət olunur.

Təşkilat Komitəsinin hər bir üzvü təqdimatı fərdi qaydada 10 ballıq sistem üzrə qiymətləndirir. Yekun qiymətləndirmə balı isə aparılan ümumi müzakirənin nəticələrinə görə müəyyən edilir.

“Gənc həmkarlar ittifaqı lideri” fəxri adına təklif edilən namizədlər  aşağıdakı tələblərə cavab verməlidirlər:

-                   qış və yay imtahan sessiyasının nəticələrinə görə yüksək nailiyyətləri;

-                   təşəbbüskarlıq;

-                   ali məktəbin ictimai həyatında fəal iştirakı;

-                   nümunəvi nizam-intizamı;

-                   sosial şəbəkələrdə milli mənəvi dəyərlərimizin, vətənpərvərliyin təbliği, dövlətçilik maraqlarının qorunması ilə bağlı fəal iştirakı.

          Yuxarıda qeyd olunan tələblərlə yanaşı, eyni zamanda gənclərin aşağıdakı nailiyyətləri də nəzərə alınacaqdır:

-                   dövlət və hökumət tərəfindən mükafat və təltifləri;

-                   müxtəlif müsabiqə və yarışlarda yüksək nəticələri;

-                   beynəlxalq tədbirlərdə fəal iştirak etməsi;

-                   həmkarlar ittifaqının fəaliyyətində yaxından iştirakı;

-                   respublikanın könüllülük hərəkatında fəal iştirakı.

 

Müsabiqənin yekunu

Təşkilat Komitəsi hər iki mərhələnin nəticələrinə görə müsabiqənin yekununu müvafiq aktla rəsmiləşdirir.

Müsabiqənin qalibləri birinci və ikinci mərhələdəki nəticələrə görə müəyyənləşdirilir.

Müsabiqənin I turunun qalibləri tələbə həmkarlar ittifaqı komitələri tərəfindən mükafatlandırılır.

Müsabiqənin ikinci turunun bütün iştirakçıları diplomlarla təltif olunur.

“Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin II turunda ən yüksək bal toplamış ilk üç yerin sahibi olmuş tələbələr ATİAHİ Respublika Komitəsinin Fəxri Fərmanına və qiymətli hədiyyələrə layiq görülürlər.

“Gənc həmkarlar ittifaqı lideri” baxış-müsabiqənin qalibləri növbəti müsabiqədə iştirak edə bilməzlər.

Müsabiqə ilə bağlı əlavə məlumat üçün Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı ilə əlaqə saxlaya bilərsiniz.

Whatsapp:

+994 (55) 572-46-51

İnstagram:

@adu.thik

@shahinsardarli

Facebook:

@ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi

@Şahin Sərdarlı