XƏBƏRLƏR

163 nömrəli tam orta məktəbin şagirdləri ADU-da olublar

12 aprel, 2019

Aprelin 11-də Bakı şəhəri Səbail rayonu 163 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) olublar.

Görüşün əsas məqsədi şagirdlərdə universitet haqqında ilkin təsəvvürlər yaratmaq, onlarda ali təhsil almaq üçün motivasiyanı gücləndirmək və gələcək seçimləri haqqında doğru fikir formalaşdırmaqdır.

Öncə ADU-nun rektoru akademik Kamal Abdulla şagirdlərlə görüşüb. Rektor şagirdlərə universitetin tədris prosesi, fakültə və ixtisasları, tədris olunan dillər və universitetdə həyata keçirilən layihələr haqqında məlumat verib. Akademik Kamal Abdulla şagirdləri maraqlandıran sualları cavablandırıb.

Sonra şagirdlər prorektorlarla görüşüb.

Sonda məktəblilər universitetdə fəaliyyət göstərən auditoriyalar, mərkəzlər, elmi tədqiqat laboratoriyaları, muzey, Ulu öndər Heydər Əliyev lektoriyası və s. ilə tanış olublar.