XƏBƏRLƏR

ADU-da “Frankofoniya həftələri” çərçivəsində tədbir keçirilib

11 aprel, 2019

Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) “Frankofoniya həftələri” çərçivəsində “Meksika ədəbiyyatında fransız dilinin rolu” adlı tədbir keçirilib.

Tədbir universitetin Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ilə İspan dili mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Meksika, Fransa, Kuba, Venesuela, Braziliya, Argentina, Rumıniyanın ölkəmizdəki səfirləri, Çili və Misir səfirliklərinin nümayəndələri iştirak edib.

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Meksikanın görkəmli şair və yazıçıları olan Karlos Fuentes, Oktavio Paz, Alfonso Reyes, Amado Nervonun həyat və yaradıcılıqları haqqında məlumat verib.

Daha sonra universitetin tələbələri həmin müəlliflərin şeir və hekayələrini fransız və ispan dillərində səsləndiriblər.